"Neftçi" millinin üzvünü heyətinə qatmaq istəyir - Özəl
18.10.2024 - 15:33
"Neftçi" millinin üzvünü heyətinə qatmaq istəyir - Özəl

Azərbaycan milli komandasının və “Sabah”ın yarımmüdafiəçisi Anatoli Nuriyev yayda komandasını dəyişə bilər.

Apasport.az saytına verilən məlumata görə, 28 yaşlı futbolçunun xidmətində “Neftçi” maraqlıdır.

“Sabah”da oynamaq üçün çox da şans tapmayan Nuriyevin yeni sezonda “Neftçi”yə keçmək şansı var. Amma onun bu komandada qalacağı, yoxsa “Neftçi”yə keçəcəyi futbolçunun verəcəyi qərardan asılı olacaq.

2022-ci il mövsümün əvvəlində “Sabah”la müqavilə imzalamış Nuriyev 2025-ci il iyunun 30-na qədər Masazır klubuna məxsusdur. O, buna qədər “Stal”, "Kamyanske”, “Kolos”, “Sumqayıt” klublarında oynayıb.

0