"İmişli" "Sumqayıt"la qarşılaşacaq
14.07.2025 - 17:53

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "İmişli"nin yoxlama oyunları üçün daha iki rəqibi məlum olub.
Apasport.az xəbər verir ki, komanda iyulun 19-da "Araz-Naxçıvan-2", iyulun 23-də isə "Sumqayıt"la qarşılaşacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "İmişli" təlim-məşq toplanışına iyulun 7-də start verib.
0
0