Azərbaycan gimnastı beynəlxalq turnirdə finala vəsiqə qazanıb
22.03.2024 - 16:28

Azərbaycan gimnastı Məryəm Topçubaşova Portuqaliyanın Kantanhede şəhərində təşkil olunan 12-ci “Cantanhede” beynəlxalq açıq yarışında uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, o, aerobika gimnastikası üzrə turnirdə finala vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisinin 10 idmançı ilə qatıldığı yarış martın 24-də başa çatacaq.
0
0