Samir Abasov: “VAR-ı rədd eləmək lazımdır”
28.02.2025 - 22:23
Samir Abasov: “VAR-ı rədd eləmək lazımdır”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Neftçi" - "Kəpəz" matçından (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

- Hakimin VAR-da epizodu dəyərləndirmək üçün vaxtı oldu. Qərəzdir, yoxsa hakim səhvi?
- Qərəz deyil, özünü sığortalamaqdır. Hakim kitabı açacaq və buna oxşar epizodlar orda yazılacaq. Kimin qabağına getsə, açıb göstərəcək. Necə yolpolisi saxlayır və qaydaları göstərir... VAR-ı rədd eləmək lazımdır. Bilmirəm futbolu oynayıb, ya oynamayıb hakim. Top ayağımdadır və pas verirəm, şiddət yoxdur. Qırmızıdan danışmaq olmaz. VAR çağırsa da, analiz edə bilərsən. Sarı vərəqə ilə söhbət bağlanmalı idi. Dediklərim ağır çıxa bilər. Sadəcə məntiqlə düşünmək lazım idi. Dedim məntiqlə düşün və sarı vərəqə mənə verildi. Məntiqlə düşünsəydi, qırmızı çox idi. Qərəzdir, ya deyil, kimə görə edilib, bilmirəm. 

- Appelyasiyaya müraciət edəcəksiz?
- Qərara baxacağıq. Ümid edirəm ki, bu qərarı çıxaranlar epizoda baxarlar. O qədər olub ki, qərarlar dəyişdirilib. 

- 2020-2021 sezonunda komandada Yusuf Laval, Steven Monroz, Sabir Buqrin kimi oyunçular var idi ki, işlər yaxşı getməyəndə onlar ön plana çıxıb, nələrsə edirdi. Niyə indi komandada bu cür futbolçular yoxdur?
- Mənim üçün çətin sualdır. Məndən əvvəl başqa məşqçi olub, onun oyun stilinə uyğun futbolçular da komandaya dəvət edilib. Bundan sonra yayda dəyişikliklər olacaq. Elə mövqelər var ki, orda başqa tip oyunçular görməyi xoşlayıram. Bu gün həmin futbolçular yoxdur. Bu da mənim üçün problem deyil. Əlimizdə olan oyunçularla, istədiklərimizi etməyə çalışırıq.