Azərbaycan Kuboku: Bu gün daha 4 oyun keçiriləcək - YENİLƏNİR
13.10.2024 - 09:33
Azərbaycan Kuboku: Bu gün daha 4 oyun keçiriləcək - YENİLƏNİR

Futbol üzrə Azərbaycan Kubokunun I təsnifat mərhələsi davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha 4 oyun keçiriləcək.

“Şimal” “Qusar”la ı qəbul edəcək. “Lerik” “Ağdaş”la, “Sheki City” “Şəmkir”lə üz-üzə gələcək.

“Hypers Guba” isə səfərdə “Göygöl”ün qonağı olacaq.

Azərbaycan Kuboku 
I təsnifat mərhələsi 
13 oktyabr

14:00. “Şimal” – “Qusar” 
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Samir Qaracayev, Emin Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Siyəzən şəhər stadionu

14:00. “Lerik” – “Ağdaş” a
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Zakir Şükürzadə, Sənan Bayramzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Lənkəran OİK stadionu

14:00. “Sheki City” – “Şəmkir”
Hakimlər: Vüqar Həsənli, Anar Bədəlov, Aydın Bəxşiyev, Niyaz Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şəki şəhər stadionu

15:00. “Göygöl” – “Hypers Guba”
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Asif Abdullayev, Nazim Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elman Musayev
Göygöl OİK stadionu

Qeyd edək ki, I təsnifat mərhələsinin dünən keçirilən görüşlərində “Şahdağ Qusar” evdə “Kür-Araz”dan 3:1, “Şəfa” isə “Saatlı-Araz”dan 2:0 hesabı ilə üstün olub.

0