Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirini qalib başa vurub.
Apasport.az xəbər verir ki, komandamız 2 qızıl, 1 bürünc medal qazanıb.
Aleksandr Tarakanovun rəhbərlik etdiyi kollektivdə Ülvi Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar, Həsrət Cəfərov (67 kq) isə üçüncü yeri tutub. Murad Məmmədov (63 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) isə 5-ci olaraq yığmanın hesabına xal yazdırıblar.
Beləliklə, Azərbaycan millisi 95 xalla komanda hesabında “Zaqreb Open” turnirinin ən yaxşısı olub. Macarıstan 90 xalla ikinci, Türkiyə isə 81 xalla üçüncü yeri tutublar.
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub