Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozancan Kökçü Finlandiyanın HİK klubundan ayrılıb.
Apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçinin fərqli ölkələrdən təklifləri var.
Onunla maraqlanan klublar arasında Misli Premyer Liqası təmsilçiləri də yer alır.
Kökçü milli komandada daimi şans qazanmaq üçün seçimini Premyer Liqa klublarımızdan yana edə bilər. Ozancan daha öncə "Sabah"da çıxış edib.
Onun yenidən ölkəmizdə oynayıb-oynamamasına mövsümün sonunda aydınlıq gələcək.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi "Bursaspor", "Velveyk", "Giresunspor", "Telstar", "Eyndhoven" klublarının şərəfini qoruyub.
- Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib”
- Zaur Həşimov: “Məqsədimiz Premyer Liqada qalmaqdır”
- “Şəfa” Qəbələ səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- Xose Manuel Armada Zarko: "Sabahın Ulduzları" müxtəlif komandaları görmək üçün əlverişlidir"
- Toralın komandasından məğlubiyyət