Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
13.11.2025 - 17:26
Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi

Azərbaycan millisinin və Türkiyə Birinci Liqasında çıxış edən "Sivasspor"un şərəfini qoruyan Mert Çelik mərc oyunlarında iştiraka görə məsuliyyətə cəlb olunub. 

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. 

Peşəkar Futbol İntizam Qurumu (PFDK) Mert Çelikin 45 gün müddətinə futboldan uzaqlaşdırıldığını açıqlayıb. 

Qeyd edək ki, Mert Çelik Azərbaycan milli komandasında yalnız bir oyunda meydana çıxıb. O, bu il Belarusla keçirilən (0:2) yoldaşlıq görüşündə forma geyinib. Futbolçu bundan əvvəl Azərbaycanın U-21 yığmasının, eləcə də “Neftçi” və “Səbail” klublarının heyətində çıxış edib.