Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin cavab görüşləri keçirilir.
Apasport.az saytının məlumatına görə, ilk oyunda Hindistan təmsilçisi Vidit Santoşla heç-heçə oynayan Azərbaycan şahmatçısı Nicat Abasov bu gün ikinci partiyada inamlı qələbə qazanıb. 28 yaşlı qrossmeyster cavab oyununda Vidit Santoşu məğlub etməklə yarımfinala vəsiqə qazanıb.
O, Dünya Kubokunda yarımfinala vəsiqə qazanan ikinci azərbaycanlı şahmatçı olub. Buna qədər 2019-cu ildə şahmatçımız Teymur Rəcəbov ilk dəfə yarımfinalda iştirak edib və həmin il turnirin qalibi olub.
Qeyd edək ki, Dünya Kubokunda yarımfinal avqustun 19-da başlayacaq. N.Abasovun yarımfinalda rəqibi Maqnus Karlsen (Norveç) - Domaradju Qukeş (Hindistan) cütünün qalibi olacaq.
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq