“Böyük Dəbilqə”nin təsnifat və Çempionlar mərhələsində 2 qızıl medal və Olimpiya lisenziyası qazanan Azərbaycan taekvondo millisi vətənə qayıdıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Taekvondoçuları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında federasiya rəsmiləri, məşqçi-müəllimlər və idmançılar qarşılayıblar.
Yarışda qızıl medal qazanan idmançımız Qaşm Maqomedov (58 kq) lisenziya qazanması barədə jurnalistlərə açıqlamasında çox sevindiyini bildirib: “Çox çətin il oldu. Sonda uğurlu nəticə qazandıq. İlin sonunda maksimum hədəfə çatdıq. Böyük Dəbilqədə qızıl medal qazanan ilk azərbaycanlı taekvondoçu kimi tarixə düşdüm. Məşqçimə və bizi daim dəstəkləyən federasiyaya rəhbərliyinə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, olimpiadada da uğurlu çıxış edəcəm. Hələ ki, istirahət edəcəyəm. Daha sonra Cənubi Koreyadakı təlim-məşq toplanışına yollanacaq və Yay Olimpiya Oyunlarına hazırlaşacağıq”.
Qeyd edək ki, Qaşım Maqomedov Azərbaycan yığmasının heyətində Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan ilk taekvondoçudur.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib