Azərbaycanın karate üzrə olimpiya mükafatçısı, ikiqat dünya və üçqat Avropa çempionu İrina Zaretskaya ilin ilk mükafatını Misirin paytaxtı Qahirədə alıb.
Apasport.az-ın xəbərinə görə, Ukraynadan olan legionerimiz ötən il Premyer Liqa turnirlərində ən yaxşı nəticə göstərdiyindən, 68 kq çəki dərəcəsində "Grand Winner" mükafatını qazanıb.
Zaretskaya artıq bu mükafatı 3-cü dəfə qazanır. Daha əvvəl o, 2017 və 2019-cu ilin nəticəsinə əsasən bu mükafata yiyələnmişdi. Həmçinin, Əminağa Quliyev (60 kq) karyerasında ilk dəfə bu mükafata layiq görülüb.
Qeyd edək ki, karatedə ilin ilk yarışı olan Qahirədəki Premyer Liqa yarışında İrina Zaretskaya bürünc medal qazanıb. Ondan başqa, digər azərbaycanlı karateçilərdən Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq) və Mədinə Sadıqova (55 kq) bürünc medala sahib çıxıb.
- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib