“May ayında Mingəçevirdə “Prezident kuboku”nda iştirak etmişdik. Təkrar burda olmaqdan məmnunuq”.
Apasport.az xəbər verir ki, bunu Türkiyə Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Alper Cavit Kabakçı “Mingəçevir reqatası”ndan danışarkən deyib.
O yarışa olan marağın hər il daha da artdığını vurğulayıb: "Hər il yarışın səviyyəsi daha da artır, iştirakçı sayı çoxalır. Burda hər zaman qardaşlarımızla birlikdə olmaqdan qürur duyuruq. Azərbaycan millisi iyulda Türkiyədəki yarışda iştirak etmişdi”.
Kabakçı bildirib ki, oktyabrın 27-də Türkiyə Kanoe və Avarçəkmə Federasiyası ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanacaq: “Sabah gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Türkiyə Kanoe və Avarçəkmə Federasiyası ortaq bir əməkdaşlıq müqaviləsi imzalayacaq. Önümüzdəki illərdə iki ölkənin kanoe və avarçəkmə fəaliyyətlərində işbirliyini daha da artıracağıq. Yarışda iştirak edən bütün ölkələrə uğurlar arzu edirəm”.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib