Azərbaycanlı hakim-inspektor Konfrans Liqasının oyununa təyinat alıb
19.07.2024 - 14:18

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Paksi” (Macarıstan) - AEK (Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq.
Qeyd edək ki, qarşılaşma iyulun 25-də Paksi şəhərinin eyniadlı stadionunda baş tutacaq.
0
0