Azərbaycanlı taekvondo məşqçisi Tural Vəlibəyov beynəlxalq sertifikata layiq görülüb.
Apasport.az saytı xəbər verir ki, “Uhud” klubunun çalışdırıcısı Cənubi Koreyada Mədəniyyət, İdman və Turizm Nazirliyi ilə KUKKİWON Taekvondo Tədris Mərkəzi tərəfindən təşkil olunan təkmilləşdirmə kurslarını uğurla başa vurub.
O, Mujuda baş tutan seminarda beynəlxalq sertifikata layiq görülüb. Vəlibəyov 43 nəfər arasında fərqlənən 7 mütəxəssis sırasında yer alıb. Həmyerlimizə sertifikatı KUKKİWON Taekvondo Tədris Mərkəzinin prezidenti Li Donq Sup təqdim edib.
Qeyd edək ki, sentyabrın 16-dan oktyabrın 12-dək keçirilən kurslarda “Ümid” taekvondo klubunun, həmçinin aşağı yaş qrupu üzrə yeniyetmələrdən ibarət millinin baş məşqçisi İlkin Şahbazov və DGK İSM-in məşqçi-müəllimi Müqabil Məmmədov da iştirak edib.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır