Sabah ağırlıqqaldırma üzrə Avropa çempionatı start götürəcək.
Apasport.az saytının məlumatına görə, Ermənistanın paytaxtı İrəvandakı yarış Azərbaycan atletlərinin iştirakı ilə əlamətdar olacaq.
Millimiz aprelin 15-23-də keçiriləcək turnirdə 3 kişi və 1 qadın ağırlıqqaldıranla təmsil olunacaq. Çempionatın gündəliyi bəlli olduğundan idmançılarımızın nə vaxt körpücük üzərinə çıxacağı da müəyyənləşib.
Mübarizəyə başlayacaq ilk atletimiz Nazilə İsmayılova olacaq.
15 aprel
Nazilə İsmayılova (qadınlar, 49 kq)
17 aprel
İsa Rüstəmov (kişilər, 67 kq)
18 aprel
Ömər Cavadov (kişilər, 73 kq)
22 aprel
Əli Şükürlü (kişilər, 102 kq)
Qeyd edək ki, çempionatda 20 dəst medal sahibini tapacaq.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək