Bakı Olimpiya Stadionu ÇL-in final görüşünə ev sahibliyi edə bilər
23.10.2024 - 14:51
Bakı Olimpiya Stadionu ÇL-in final görüşünə ev sahibliyi edə bilər

Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər.

Apasport.az UEFA-ya istinadən xəbər verir ki, bununla bağlı AFFA Avropa Futbol Qurumuna rəsmi müraciət ünvanlayıb.

UEFA İcraiyyə Komitəsi 2025-ci ilin mayında Çempionlar Liqasının 2027-ci il finalının ev sahibinin adını açıqlayacaq.

0