Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir Bakı Kristal Zalında təşkil olunub.
Mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov və FIFA prezidenti Canni İnfantino çıxış edərək yarışın əhəmiyyətindən danışıblar.
Rəsmi şəxslərin çıxışlarından sonra açılış mərasiminin bədii proqramı təqdim olunub. Sonda FIFA-nın və iştirakçı ölkələrin bayraqları meydana gətirilib.
FIFA-ya üzv 189 ölkənin komandalarının iştirak etdiyi turnir çərçivəsində ümumilikdə 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulur.
Oktyabrın 30-dək davam edəcək yarışın oyunları Hövsan Yarış Kompleksində təşkil olunacaq. Açılış və final mərasimləri isə Bakı Kristal Zalında keçiriləcək.
Azərbaycan millisi bu gün turnirdə ilk oyununa çıxacaq. Yığmamız Bakı Kristal Zalında Timor-Leste ilə qarşılaşacaq.
Millimiz oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya ilə üz-üzə gələcək. Hər iki oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Komandamız oktyabrın 26-da da iki görüş keçirəcək. Yığmamız saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti ilə qarşılaşacaq. Hər iki oyun eyni meydançada təşkil olunacaq.
- Zaur Həşimov: “Düşdüyümüz durum bizi kədərləndirir”
- MPL: “Neftçi” - “Turan Tovuz” matçında bərabərlik - YENİLƏNİB
- U-15 dünya çempionatı: MİLLİMİZDƏN DARMADAĞIN - FOTO
- Prezident İlham Əliyev Azərbaycan – Timor-Leste oyununu izləyir - YENİLƏNİB
- Samir Şərifov: “FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk”