Bu gün Bakıda Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatının final mərhələsi keçirilir.
Apasport.az xəbər verir ki, turnirdə kişi və qadın oxatanlar üç yaş kateqoriyası üzrə mübarizə aparırlar.
Yeniyetmə qızlar arasında birincilik uğrunda Rüstəmli Sona ilə Məmmədli Leyla, oğlanlar arasında isə Məhrəmov Hüseyn və İsmayılov Məhəmməd qarşılaşır.
Əhədzadə Banu, Əfəndiyeva Leyla, Nəbiyev Nicat və Novruzov Cəmil isə müvafiq olaraq bürünc medal uğrunda yarışırlar.
Gənc qızlar arasında birincilik uğrunda Bədəlli Sümeyyə və Qurbanlı Yağmur, oğlanlar arasında isə Rəhimli Nurlan və Vəliyev Sərdar mübarizə aparırlar.
Carçılı Zəhra, Almas Lalə, Balakişiyev Muhamməd və Qənbərli Əli isə müvafiq olaraq bürünc medal üçün qarşı-qarşıya gəlirlər.
Böyüklər arasında birincilik uğrunda xanımlardan Simovono Svetlana və Ramazanova Yaylagül, kişilərdən isə Venqerov Roman və Əliyev Məhəmmədəli mübarizə aparırlar.
Hüseynli Fatimə, Əbdürəhmanova Lalə, Cavadzadə Anar və Morozeviç Amiran müvafiq olaraq üçüncü yer uğrunda güclərini sınayırlar.
Qeyd edək ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox idmançı iştirak edir.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO