Bakıda polisin tapdığı 10 min manat basketbolçunun imiş
23.01.2025 - 11:56
Bakıda polisin tapdığı 10 min manat basketbolçunun imiş

Bir neçə gün öncə Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşı 10000 manat pul tapıb və sahibinə qaytarmışdı.

Apasport.az xəbər verir ki, həmin pul millimizin sabiq basketbolçusu, “Quba” komandasının oynayan məşqçisi Zaur Paşayevə məxsus imiş.

O bu barədə prosport.az-a müsahibəsində deyib:

“Bildiyiniz kimi, Basketbol Federasiyasının ofisi Bakı İdman Sarayında yerləşir. Mühasib “Quba” komandasının əməkhaqqısını vermişdi. Mən də pilləkəndən enəndə, cibimdən 10 min manat düşmüşdü. Sağ olsun ki, polis işçiləri itirən şəxsi axtardı. Mən də oyunun başlanmasını gözləyirdim. Birdən mühasib dedi ki, verdiyim pulu itirməmisən? Əlimi cibimə atdım ki, yoxdur. Dedi ki, polis artıq pulu tapıb, sənədləri gəl götür məndən, təqdim et ki, sənin pulundur. Belə oldu, pulu özümüzə qaytardılar. Allah belə polislərimizdən razı olsun”.

Əldə etdiyimiz məlumata görə, artıq elm və təhsil naziri, Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev 10 min manatı taparaq sahibinə verən polis serjantı Abidov Nahid Zahid oğlunu mükafatlandırıb. Polis əməkdaşına fəxri diplomu icraçı vitse-prezident Fərrux Mahmudov təqdim edib.

 

0