Bakıda “Star Cup Azerbaijan – Ulduzlar Liqası” turnirinə start veriləcək
25.06.2025 - 14:44
Bakıda “Star Cup Azerbaijan – Ulduzlar Liqası” turnirinə start veriləcək

Sabah Bakıda çimərlik futbolu üzrə “Star Cup Azerbaijan – Ulduzlar Liqası” turnirinə start veriləcək.

Apasport.az xəbər verir ki, turnirdə dörd komanda iştirak edəcək.

Yarışdan öncə klub nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Tədbirdə güləş üzrə ikiqat dünya və üçqat Avropa çempionu, 2020 Tokio Olimpiadasının bürünc mükafatçısı Rafiq Hüseynov çıxış edib. O bildirib ki, bu cür yarışlar yalnız əyləncə və istirahət məqsədi daşımır, həm də müxtəlif idman növlərinin inkişafı üçün əlverişli şərait yaradır.

Veteran idmançımız, həmçinin yaxın günlərdə Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə çimərlik güləşi üzrə ölkə çempionatının keçiriləcəyini vurğulayıb.

“Star Cup Azerbaijan – Ulduzlar Liqası”nın ilk oyunları 26–28 iyun tarixlərində keçiriləcək. Turnirin final və üçüncülük görüşləri isə 2 iyul tarixində baş tutacaq.

Qeyd edək ki, Apasport.az saytının müxbiri İsmayıl Xeyrullayev turnirdə “Yazanlar” komandasının heyətində çıxış edəcək.