Bakıda yeni üzgüçülük hovuzunun açılış mərasimi oldu
09.01.2024 - 13:01
Bakıda yeni üzgüçülük hovuzunun açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar onun əziz xatirəsinə ithaf olunan yeni hovuzun açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev və digər şəxslər iştirak ediblər.
Onlara burada yaradılmış şəraitlə bağlı məlumat verilib.
Qeyd edək ki, üzgüçülük hovuzu "ABU Arena"nın yanında yerləşir.
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
0
0