"Barselona" "Arsenal"ın futbolçusu ilə danışıqlar aparır
02.06.2025 - 10:57
"Barselona" "Arsenal"ın futbolçusu ilə danışıqlar aparır

"Arsenal"ın yarımmüdafiəçisi Tomas Partey "Barselona"ya keçə bilər.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçinin nümayəndələri bu yaxınlarda “Barselona” ilə danışıqlar aparıb.

"Yuventus"un da qanalı futbolçu ilə maraqlandığı bildirilir.

Tomas ötən mövsüm Mikel Artetanın komandasının heyətində 52 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

31 yaşlı futbolçunun "topçular"la müqaviləsi bu ayın sonunda başa çatacaq.