
“Sabah”ın futbolçusu Namik Ələsgərov növbəti mövsümə yeni komandada başlaya bilər.
Apasport.az saytına verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçi “Neftçi”nin maraq dairəsindədir.
Samir Abasovun sabiq futbolçusunu yenidən sərəncamında görmək istədiyi iddia edilir.
2022-ci il iyulun 1-dən “Sabah”da oynayan Ələsgərovun hazırkı komandası ilə müqavilə müddəti gələn ayın sonunda başa çatacaq.
“Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi”, “Bursaspor” komandalarında oynamış Namikin yeni mövsümə hansı komandada başlayacağı yaxın günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, Ələsgərov 2020/21 mövsümündə "Neftçi" forması ilə Azərbaycan Premyer Liqasının bombardiri olub.