Bədii gimnastika komandamızdan Dünya Kubokunda növbəti medal
23.04.2023 - 17:32
Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Bakıda keçirilən Dünya Kubokunda növbəti medalı qazanıb.
Apasport.az-ın məlumatına görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup komandası 3 lent və 2 topla hərəkətlərdə 3-cü yeri tutub. Komandamız 32.300 bal toplayıb.
1-ci yeri İsrail (33.100) və 2-ci yeri Çin (32.450) tutub.
Qeyd edək ki, bu gün yekun vurulacaq Dünya Kubokunda dünən bu komandamız çoxnövçülükdə də bürünc medala sahib çıxmışdı.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
0
0