Qadın şahmatçılar arasında Azərbaycan çempionatında sonuncu – XI turun görüşləri keçirilib.
Apasport.az xəbər verir ki, son turda Nərmin Abdinova Xanım Balacayeva ilə heç-heçə oynayıb. Gülnar Məmmədova Ayan Allahverdiyevanı, Türkan Məmmədyarova Nurtən Nuriyevanı, Xəyallə Abdulla Ləman Hacıyevanı üstələyib.
Liderlər qrupunda qərarlaşan Gövhər Beydullayeva ağ fiqurlarla Zeynəb Məmmədyarovanı məğlub etməklə 1-ci yeri təmin edib. Beləliklə, 11 turda 7,5 xal toplayan Gövhər Beydullayeva ardıcıl 2-ci dəfə Azərbaycan çempionatının qalibi olub. Aktivində 7 xal olan Xanım Balacayeva 2-ci yeri tutub. Son turda istirahət edən Səbinə İbrahimova 6,5 xalla üçüncü pillədə qərarlaşıb.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək