Beynəlxalq Olimpiya Komitəsinin Təhlükəsiz İdman üzrə məsləhətçisi Tiene Vertommen Azərbaycanda səfərdədir.
Apasport.az xəbər verir ki, Vertommen səfərin ikinci günündə UNICEF nümayəndələri ilə bir araya gələrək, idmanda uşaqların və yeniyetmələrin təhlükəsizliyi mövzusunda müzakirələr aparıb.
Görüşdə UNICEF-dən uşaq müdafiəsi mütəxəssisi Vüqar Salmanov və yeniyetmə inkişaf üzrə mütəxəssisi Nigar Nəsrullayeva, Milli Olimpiya Komitəsindən setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev, beynəlxalq proqramlar şöbəsinin əməkdaşı Ceyhun Rəhmənov, Beynəlxalq Olimpiya proqramları idarəsinin aparıcı məsləhətçi Lalə Hüseynova və "Təhlükəsiz idman" üzrə işçi heyətinin üzvü Ayan Xankişiyeva iştirak ediblər.
Görüşdə paytaxt və regionlarda təhlükəsiz idmanın təbliği üzrə keçirilən maarifləndirici tədbirlərdən danışılıb.
- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
- Azərbaycan çempionatının finalı Xankəndidə keçiriləcək
- Üç idmançımız dopinqə görə cəzalandırılıb
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO