Bu gün Azərbaycan Birinci Liqasında 26-cı tur start götürüb.
Apasport.az xəbər verir ki, ilk günə 1 oyun nəzərdə tutulub.
Artıq çempionluğu rəsmiləşdirmiş "Qəbələ" 4-cü yerdəki "Zaqatala" ilə qarşılaşıb. Görüş saat 17:00-da başlayıb.
Ev sahibləri rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb.
Qeyd edək ki, matçdan sonra "Qəbələ"yə çempionluq kuboku və qızıl medallar təqdim olunub.
Xatırladaq ki, 1-ci liqada "Qəbələ" ilə yanaşı, "İmişli" və "Karvan" da növbəti mövsüm Premyer Liqada mübarizə aparmaq üçün vəsiqəni təmin edib.
15 may
16:00. “Qəbələ” – “Zaqatala” - 4:0
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Rizvan Süleymanov, Nəriman Ağayev
Qəbələ şəhər stadionu
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım