Kişi boksçulardan ibarət Azərbaycan millisi yarışlara hazırlıqların davamı məqsədi ilə Qazaxıstana yola düşüb.
Apasport.az xəbər verir ki, atletlərimiz Almatıda təlim-məşq toplanışı keçməyi planlaşdırır.
Hazırlıqlarda əsasən qeyri-olimpiya çəki dərəcələri üzrə 15 boksçu iştirak edəcək. Yığma komandamızın məşqçiləri Ceyhun Abıyev və Ravşan Xocayev Qazaxıstan səfərinə Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə, Ruslan Qədirov (hər ikisi 54 kq), Əzrək Bəbirov, Məhəmmədəli Aşurəliyev (hər ikisi 57 kq), Maqsud Xasmetov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Nəbi İsgəndərov, Cavid Çələbiyev, İlqar Salahov (hər üçü 67 kq), Mirşərif Kazımzadə (71 kq), Kamran Şahsuvarlı (75 kq) və Seyid Seyidovu (86 kq) aparıblar.
Dəri əlcək ustalarımızın təlim-məşq toplanışı çərçivəsində yerli boksçularla sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, bu gün start götürən toplanışa fevralın 9-da yekun vurulacaq.
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub