İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Sənan Hətəmov (67 kq) mundialda ikinci döyüşünü də qələbə ilə başa vurub.
İlk görüşdə Neri Kanavirini (Boliviya) mübarizədən kənarlaşdıran boksçumuz 1/16 final çərçivəsində kanadalı Yakub Blaislə üz-üzə gəlib. Gərgin keçən döyüşdə təmsilçimiz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib.
O, 1/8 finalda qazaxıstanlı Nurbek Mursalla qüvvəsini sınayacaq.
Qeyd edək ki, 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır