
“Dünya Cüdo Turu” çərçivəsində sentyabrın 22-24-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən Bakı Böyük Dəbilqə turniri keçiriləcək.
Apasport.az saytı xəbər verir ki, turnirdə iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
Cüdo komandası “Heydar Aliyev Baku Grand Slam 2023” adlandırılan yarışda 33 cüdoçu ilə təmsil olunacaq. 11 çəki dərəcəsində 26 kişi və 7 qadın idmançı qələbə uğrunda mübarizə aparacaq. Üç gün davam edəcək turnirdə 64 ölkədən 479 cüdoçu iştirak edəcək. Yarışlar Milli Gimnastika Arenasında baş tutacaq.
Qeyd edək ki, turnirin final görüşləri isə hər gün saat 16:00-da başlayacaq.
Yarışda iştirak edəcək heyəti təqdim edirik:
Qadınlar
-48 kq
Leyla Əliyeva, Şəfəq Həmidova, Ramilə Əliyeva
-52 kq
Gültac Məmmədəliyeva
-57 kq
Nərgiz Hacıyeva
-70 kq.
Südabə Ağayeva, Günel Həsənli
Kişilər
-60 kq
Balabəy Ağayev, Əhməd Yusifov, Nazir Talıbov, Rövşən Əliyev
-66 kq
Yaşar Nəcəfov, Ruslan Paşayev, Qasım Vəlizadə, Rəşad Yelkiyev
-73 kq
Hidayət Heydərov, Nurlan Osmanov, Rəşid Məmmədəliyev, Telman Vəliyev
-81 kq
Zelim Tçkayev, Məhərrəm İmamverdiyev, Elcan Şəfiyev, Məmmədrza Hacızadə
-90 kq
Murad Fətiyev, Elcan Hacıyev, Musa Hüseynli, Əjdər Bağırov
-100 kq
Zelim Kotsoyev, Ruslan Nəsirli
+100 kq
Uşanqi Kokauri, Camal Qamzatxanov, İmran Yusifov, Ramazan Əhmədov
- Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı yekunlaşıb - FOTO
- Natiq Fazilov: “Məqsədimiz MDB Oyunlarında ən azı iki medal qazanmaqdır”
- Anar Quliyev: “Kamandan oxatma üzrə yarışlar gələcəkdə rayonlarda da keçirilə bilər”
- Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyinin final mərhələsi keçirilir - FOTO
- "Təhlükəsiz idman hamı üçün" mövzusunda keçirilən seminara yekun vurulub