
Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının bu gün püşkatma mərasimi keçirilir.
Apasport.az xəbər verir ki, mundialda iştirak edəcək 32 komanda 4 səbətə bölünüb.
Yarışın favoritlərindən sayılan, Elşad Quliyevin baş məşqçisi olduğu Azərbaycan yığması Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya və Slovakiya ilə birlikdə I səbətdə yer alıb.
II səbətdə Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritaniya, Qana, III səbətdə İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina Tailand, BƏƏ, Çad, İspaniya və Sloveniya qərarlaşıb.
Polşa, Hindistan, Türkiyə, Kosta-Rika, İsrail, Bəhreyn, Özbəkistan və Argentina isə IV səbətdə yer alıb.
Turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.
Qeyd edək ki, Dünya Minifutbol Federasiyası (WMF) tərəfindən beşinci dəfə təşkil ediləcək mundialın son qalibi Rumıniya yığması olub.
- “Sumqayıt”ın iki legioneri milliyə dəvət alıb
- “Baku Sporting”dən təqdirəlayiq addım - FOTO
- "Zirə"nin və millinin çalışdırıcısı: "Əsas məsələ Azərbaycanı xarici ölkələrdə yaxşı təmsil etməkdir"
- Millimizin Haiti və Belarusla oyunlarının təyinatları açıqlanıb
- Millimiz Avropa çempionatının II seçmə mərhələsində ilk matçına çıxacaq