"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibləri Serxio Peres və Valtteri Bottas Bakıya gələcəklər.
Apasport.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidməti məlumat yayıb.
"Cadillac" 2026-cı ildə ilk dəfə "Formula 1" çempionatında iştirak edəcək heyətini açıqlayıb. Komanda təcrübəli pilotlar, çoxsaylı Qran-pri qalibləri Serxio Peres və Valtteri Bottas ilə müqavilə bağladığını elan edib. Onlar birlikdə 527 Qran-priyə qatılıb və 16 qələbə qazanıblar. Bu da onları çempionatın ən təcrübəli duetlərindən birinə çevirib.
Qeyd edək ki, Serxio Peres Azərbaycan Qran Prisinin ikiqat qalibidir. O, "Red Bull Honda"nın heyətində 2021 və 2023-cü illərdə Bakıda qalib gəlib. Valtteri Bottas isə 2019-cu ildə Mersedes komandasının tərkibində Azərbaycan Qran Prisinin qalibi olub.
"Cadillac" 2026-cı ildən etibarən "Formula 1" dünya çempionatının 11-ci rəsmi iştirakçısı olacaq.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.
- Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir