Azərbaycanı III MDB Oyunlarında təmsil edən dairəvi stend atıcısı Cavid Həsənov, yarışlarda uğurla çıxış edərək gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, təcrübəli idmançımız turnirdə çıxışı barədə təəssüratlarını bölüşüb.
“Hər bir idmançı kimi, mənim üçün də bu yarışda mübarizə aparmaq böyük bir qürur idi. Final mərhələsinə yüksəldim və gümüş medal əldə etdim. Qızıl medal da çox yaxın idi, amma inanıram ki, gələcək yarışlarda bu nəticəni də əldə edəcəyəm,” – deyə Rzayev bildirib.
Yarışın təşkilatçılığına da toxunan idmançı, tədbirin yüksək səviyyədə keçdiyini və azarkeşlərin dəstəyinin ona əlavə motivasiya verdiyini vurğulayıb:
“Təşkilatçılıq çox yüksək səviyyədə idi. Azarkeşlər bizə böyük dəstək göstərdilər və bu da mənə əlavə stimul verdi. Yarışda əməyi keçən hər kəsə təşəkkür edirəm.”
Final mərhələsinin dinamik və maraqlı keçdiyini bildirən Cavid Həsənov rəqiblərin güclü olduğunu da xüsusi qeyd edib:
“Rəqiblər layiqincə mübarizə apardılar. Onların heç biri zəif deyildi, buna görə də final olduqca maraqlı keçdi.”
- Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir