
"Bu oyun bizim üçün çox vacib idi. Çünki rəqiblərimiz xallar qazanır, biz isə son 2 turda uduzmuşduq. Bunu başa düşürdük. Həftəboyu "Neftçi"yə qarşı yaxşı hazırlaşmışdıq. Onların təhlükəli mövqelərini, hansı mövqedən bizə qol vura biləcəklərini uşaqlara başa salmışdıq. Amma təəssüf ki, eyni, mənim istəmədiyim səhvləri komanda əlindən gələni etdi ki, rəqib bizə qol vursun. İki qol buraxdıq, hələ 1-2 dənə də buraxa bilərdik. Futbolçulara da dedim. Uşaqlardan soruşdum ki, bunu demişdim? Hər şeyi əksinə etdilər. Sonradan oyunu toparlamağa çalışdıq. Sistemdə də dəyişiklik etdik. İkinci qolu vura bilmədik, uduzduq, məyusuq.
- Onun olmaması üçün nədən gedir?Futbolçuların ustalıq səviyyəsi qane etmir?
- Niyə olduğunu deyə bilmərəm. Futbolçulara deyirəm ki, bu səhvi etmək olmaz. Bu pası bura o cür vermək olmaz. Futbolçulara tapşırıram ki, bu səhvi etməyin, etdik və iki qol buraxdıq. "Nefçti" bizə nə etdiki? "Neftçi" yaxşı komandadır. Amma təhlükəni bilə-bilə üç xalı əlimizlə verdik "Neftçi"yə. Bilirdik ki, rəqib təzyiq edəcək. Biz pressinqə qarşı uzun hava topları ilə çıxmalıydıq.
-Niyə qulaq asmırlar?
-Əksinə etdilər.
- Azər Bağırovla "Kəpəz"də belə problem olduğu haqda danışmışdız. "Qarabağ"la görüşdə əsas oyunçular oynamamışdı...
- Məşqçi kimi tək qalmışam. Qış transfer pəncərəsindən yararlana bilmədik. Daha 2 futbolçu istəyirdik, alınmadı. Sonuncu yerdə gedən komanda necə ola bilər ki, güclənməsin? Özümüzü yiyəsiz komanda kimi hiss edirik. Futbol ictimaiyyəti tərəfnindən də belədir. Hamı danışır ki, "Səbail" heç kimə lazım deyil. Axı burada nə qədər futbolçular var. Məşqçi kimi Azərbaycana gələcəkdə xeyir verə bilərəm. Xəyallarım, arzularım var. Bu dəqiqə hamı deyir ki, problem Cavid Hüseynovdadır. Mən də istəyirdim ki, hücumçum olsun. Nşuti, Mirabdulla gəldi. Başqa heç kim gəlmədi. Problemlər böyükdür. Tək toparlamağa çalışıram. Tək gücüm çatmaz. Məşqçiyə dəsətək olmalıdır. "Səbail" qışdan sonra "Şamaxı" ilə matçdan savayı, bütün komandalara qarşı yaxşı oynayıb. Böyük məşqçilər oyunumuzdan, strategiyamızdan danışırlar. "Qarabağ"a qarşı da belə çıxmışdıq. Mənə dedilər ki, tutduğundan əl çəkmə, dönmə. Mən nə edim ki, "Səbail" dəstək görmür heç yerdən. Biz qalib gəlirik, mükafatımız 500 manat olur. Siz təsəvvür edirsiz? Pula görə oynamırıq. Amma bu durumda komandaya motivasiya olaraq, hansısa dəstək olmalıdır. "Kəpəz" hansısa komandanı udursa, əməlli-başlı pul alır.
- Rəhbərlik sizi başqa vədlə çağırmışdı, vəd etmədi?
- 16-17 yaşımdan oynayıram. Xarakterimi, mərdliyimi, cəsarətimi bilirəm. Sözü üzə deyən biriyəm. Tək qalmışam deyirəmsə, demək tək qalmışam.
- Tək qaldığınızı dediniz. Həlledici məqamda tək qalmısızsa, o zaman son pillədə olacağınızla barışmısız? Çünki belə durumda çox çətin görünür...
- Barışmayacam. Sona qədər mübarizə aparacam. Amma sadəcə biz bu durumdan çıxmaq istəyiriksə, birlikdə çıxmalıyıq. Hansısa uğurlu nəticə tək məşqçinin işi deyil.
- Yiyəsizlik sponsorluq deməkdir?
- Sponsorsuz yox. Sponsorumuz onsuz da komandadan əl çəkib. Mən gələndən də bəri hansısa maddiyyatdan söhbət gedə bilməz. Mükafat fondu, futbolçu transferi....Hər şeydə azalma var. Bu durumu qabartmışam.
- Millimizin üzvü oynadı, komandası qələbə qazandı
- Samir Abasov: “Mənim getməyimi istəyirsiz?”
- "Neftçi" Bayılda 3 xalı qopartdı - YENİLƏNİB
- Millinin Haiti və Belarusla oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb
- Vadim Abdullayev: "Qarabağ"dan sonra ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır"