Türkiyənin Antalya şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli Cesika Qədirova daha bir qızıl medal qazanıb.
Apasport.az-ın məlumatına görə, 18 yaşlı idmançı sərbəst hərəkətlərdə çıxışı ilə münsiflərdən 14.000 xal toplayıb. O bu nəticə ilə qızıl medala layiq görülüb.
Gümüş medalı onun komanda yoldaşı Alis Kinsela (13.666) və bürünc mükafatı rumıniyalı Sabrina Voynya (13.566) qazanıb. Bununla da Avropa çempionatı başa çatıb.
Qeyd edək ki, 11 apreldə başlamış Avropa çempionatında Cesika Qədirova 3 qızıl medal qazanıb. O daha əvvəl komanda şəklində və çoxnövçülükdə qızıl medala layiq görülmüşdü. Azərbaycan qardaş ölkədə keçirilən yarışda medalsız qalıb.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb