Cüdo üzrə Azərbaycan birinciliyi başlayır
16.01.2024 - 10:35
Cüdo üzrə 18 yaşa qədər yeniyetmə cüdoçuların fərdi və komandalar arasında Azərbaycan birinciliyi bu gün başlayır.
Cüdo Federasiyasından apasport.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qadınlar və kişilər arasında 6 çəkidə 207 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın ilk günündə oğlanlar arasında 46 kq, 60 kq və 81 kq çəki dərəcələrində, qızlar arasında isə 36 kq, 48 kq və 63 kq çəki dərəcələrində qaliblər bəlli olacaq.
Qeyd edək ki, yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
0
0