Nigeriyalı azarkeşlər dünya çempionatı vaxtı stadiona toyuq gətirmək istəyirlər. Apasport.az saytının məlumatına görə, bu barədə Kalininqrad bölgəsinin mədəniyyət və turizm naziri Aleksandr Yermak yerli mətbuata açıqlama verib.
Dövlət rəsmisi bildirib ki, mundialla bağlı yaratdıqları qaynar xəttə müxtəlif müraciətlər olur: “Onlardan birində nigeriyalı fanatlar hardan toyuq ala biləcəklərini və oyun vaxtı stadiona canlı toyuq gətirib-gətirə bilməyəcəklərini soruşdular. Bu, onların simvolu imiş. Amma izah etdik ki, belə şeyə icazə verə bilmərik, amma onlara toyuğun harda satıldığını dedik”.
Qeyd edək ki, DÇ-2018 zamanı Kalininqradda 4 oyun keçiriləcək. İyunun 16-da Nigeriya ilə Xorvatiya, 22-də Serbiya İsveçrə ilə üz-üzə gələcək. 25 iyunda İspaniya – Mərakeş, bundan 3 gün sonra isə İngiltərə - Belçika qarşılaşmaları oynanılacaq.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək