Avqustun 8-də dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda 12 dövlət qurumunu təmsil edən 30 əməkdaş (18 kişi, 12 qadın) iştirak edib.
Qadınlar arasında TƏBİB-in əməkdaşı Ülkər Fazilzadə birinci yeri tutub. Dövlət Gömrük Komitəsinin əməkdaşı Aytəkin Əliyeva ikinci, SOCAR-ın nümayəndəsi İlahə Hacıyeva isə üçüncü olub.
Kişilər arasında TƏBİB-in əməkdaşı Qurban Salmanov qalib gəlib. Dövlət Miqrasiya Xidmətindən Babək Fətullazadə ikinci, Gənclər və İdman Nazirliyinin əməkdaşı Dilavər Nəcəfov isə üçüncü yeri qazanıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib