FIFA-nın Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatından nə qədər gəlir götürəcəyi açıqlanıb. Apasport.az saytının “New York Times”ə istinadən məlumatına görə, ali futbol qurumu mundialdan 6,1 milyard dollar qazanc əldə etməyi planlaşdırır.
3 milyard dollar təkcə televiziya haqlarının satışından gələcək. Bununla yanaşı, FIFA sponsor anlaşmaları sayəsində kassasına 1,65 milyard dollar daha əlavə edəcək.
Qeyd edək ki, FIFA DÇ-2014-dən 4,8 milyard dollar, CAR-dakı mundialdan (2010) 3,9 milyard dollar, Almaniyada keçirilən 2006-cı il dünya çempionatından isə 1,9 milyard dollar gəlir götürmüşdü.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək