Dünya çempionatı ilə ələqədar “Fan Zona”nın açılışı olub
16.05.2025 - 14:18
Dünya çempionatı ilə ələqədar “Fan Zona”nın açılışı olub

Mayın 21-dən iyunun 1-nə qədər Bakıda minifutbol üzrə dünya çempionatı təşkil olunacaq.

Apasport.az xəbər verir ki, bununla əlaqədar mayın 15-də Dənizkənarı Bulvar ərazisində  “Fan Zona”nın açılış mərasimi olub.  

Açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və digər rəsmi şəxslər, o cümlədən “Yaşat” fondunun nümayəndələri, şəhid övladları, minifutbol üzrə milli komandamızın üzvləri, şəhərimizin qonaqları iştirak ediblər.

Qeyd edək ki, "Fan Zona" mayın 31-nə qədər fəaliyyətini davam etdirəcək.