Martın 16-da Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında dünya çempionatı start götürəcək.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, 10 gün davam edəcək mundialda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında 6 boksçumuz gücünü yoxlayacaq. Dünya çempionatının mükafatları uğrunda Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) rinqə çıxacaqlar.
Bu gün səfərə yollanan yığma martın 27-də Bakıya qayıdacaq.
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın püşkü martın 15-də atılacaq. 77 ölkənin qatılacağı gözlənilən yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib