Bakıda taekvondo üzrə keçirilən dünya çempionatının ikinci günündə daha 3 çəki dərəcəsində qaliblər bəlli olub.
Apasport.az saytının məlumatına görə, kişi taekvondoçular arasında 58 kq, qadınlarda 67 kq və 73 kq-da yarışın ilk “üçlüy”ü müəyyənləşib.
58 kq çəkidə mundialın ən güclüsü cənubi koreyalı Jun-Seo Bae olub. O, finalda Georgi Qurtsiyevi (Dünya Taekvondosu) məğlub edərək dünya çempionu adını qazanıb. Bürünc mükafatlar Adrian Visente Yunta (İspaniya) və Mahmud Altarireyə (İordaniya) qismət olub.
67 kq-da qızıl medala fransalı Maqda Viet-Henin yiyələnib. İkinci yeri Yulyana Al-Sadiq (İordaniya) tutduğu halda, üçüncü pilləni Mari Romundset Nilsen (Norveç) və Rut Qbaqbi (Fil Dişi Sahili) qapayıblar.
73 kq-da mundialın çempionu Altea Laurin (Fransa) olub. O, həlledici görüşdə Rebekka Makqovanı (Böyük Britaniya) məğlub edib. Bürünc medallara isə Polina Xan (Dünya Taekvondosu) və Matea Yeliç (Xorvatiya) yiyələniblər.
Azərbaycan yığmasının heyətində Maqomed Qaşımov (58 kq) və Fəridə Əzizova (67 kq) müvafiq olaraq, 1/32 və 1/16 finalda məğlub olub.
Qeyd edək ki, martın 31-da daha 3 çəki dərəcəsində (kişilər 80 kq, 87 kq, qadınlar 49 kq) döyüşlər keçiriləcək. Dünya çempionatı iyunun 4-də başa çatacaq.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub