Azərbaycan cüdoçuları Əbu-Dabidə keçiriləcək Böyük Dəbilqə turnirində iştirak edəcəklər.
Apasport.az-ın məlumatına görə, turnir oktyabr 24-26-da baş tutacaq.
Üç gün davam edəcək turnirdə 82 ölkədən 472 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 10 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq.
Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək.
Qadınlar
Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq)
Kişilər
Rövşən Əliyev və Əhməd Yusifov (60 kq), Kəramət Hüseynov və Ruslan Paşayev (66 kq), İbrahim Əliyev və Rəşid Məmmədəliyev (73 kq), Elcan Hacıyev və Vüqar Talıbov (90 kq), Camal Qamzatxanov və Uşanqi Kokauri (+100 kq)
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib