Tanınmış veteran velosipedçi, qazaxıstanlı Olimpiya çempionu Aleksandr Vinokurov "Formula 1" Azərbaycan Qran Prisini izləmək üçün ölkəmizə gəlib.
Apasport.az xəbər verir ki, Azərbaycan Velosiped Federasiyasının (AVF) rəsmiləri və milli yığma komandamızın üzvləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olimpiya çempionunu qarşılayıblar. Veteran idmançının həyat yoldaşına gül dəstəsi təqdim olunub.
A.Vinokurov göstərilən diqqətə görə AVF rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycanda keçiriləcək "Formula 1" yarışını böyük həyəcanla gözlədiyini qeyd edib: "Ferrari" komandasının pilotu Şarl Leklerə azarkeşlik edirəm. Buraya onu dəstəkləmək üçün gəlmişəm. Mən Monakoda yaşayıram. Orada da "Formula 1" yarışı keçirilir. Bilirəm ki, şəhər traslarında "Formula 1" yarışını təşkil etmək çox çətindir. Azərbaycan isə bunun öhdəsindən peşəkarlıqla gəlir".
49 yaşlı qonaq ölkəmizdə olmaqdan böyük məmnunluq hissi keçirdiyini, Azərbaycanda qonaqpərvərliklə qarşılandığını vurğulayıb: "Mən ilk dəfə deyil ki, Azərbaycana gəlirəm. Bundan sonra da ölkənizə gələcəyəm. Burada AVF prezidenti ilə görüşmək və Azərbaycanda velosiped idmanının daha da inkişafı istiqamətində birgə əməkdaşlıq barədə müzakirələr aparmaq istəyirəm".
Qeyd edək ki, Aleksandr Vinokurov 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında şose velosipedinin qrup ötüşməsi növündə gümüş, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında isə həmin növdə qızıl medal qazanıb. O bir çox mötəbər velosiped yarışlarının qalibi, 2 dəfə dünya çempionatının bürünc mükafatının sahibi olub.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub