Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" "Nyukasl"ı qəbul edəcək.
Apasport.az xəbər verir ki, matçdan öncə qonaqların baş məşqçisi Eddi Hounun mətbuat konfransı keçirilib.
"Zədəli futbolçularımız var. Lakin onlar yavaş-yavaş sıraya qayıdırlar. Bakıya yüksək əhvalla gəlmişik. "Qarabağ"ın "Liverpul" və "Çelsi ilə matçlarını təhlil etmişik. Premyer Liqadakı uğurlu çıxışımızı burada da davam etdirmək arzusundayıq".
- "Qarabağ" Premyer Liqa klublarına qarşı çıxış edib. Onları necə fərqləndirərdiniz?
- "Qarabağ"ın çox yaxşı oyun tərzi var. Lakin ingilis klubları ilə müqayisə etmək çox çətindir. Bununla belə, "Qarabağ"ın zəif komanda olduğunu düşünmürəm.
- "Qarabağ"ın heyətindən kimləri fərqləndirərdiniz?
- Bu barədə nəsə demək çətindir. Bəzi futbolçular var, lakin ad çəkmək istəmirəm. Sabah öz oyunumuzu oynayacağıq.
- Hər zaman əcnəbi məşqçilər Qurban Qurbanovun 17 ildir eyni komandada çalışdığını, bunun nəticəsində uğur qazandığını vurğulayırlar. Siz onu detallı analiz etmisiniz?
- Bir mütəxəssis baş məşqçi kimi eyni komandada 17 il çalışırsa, demək böyük hörmətə layiqdir. Qurban Qurbanov gördüyü işlərlə ön plana gəlir. Açıq desəm, onun haqqında detallı analiz etməmişəm maraqlanmamışam. Lakin müəyyən məlumatlara sahibəm.