Çempionlar Liqası: “Turan” növbəti mərhələdə - YENİLƏNİB
30.10.2026 - 01:32
Çempionlar Liqası: “Turan” növbəti mərhələdə - YENİLƏNİB

Azərbaycanın qadınlardan ibarət “Turan” komandası voleybol üzrə CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Tovuz təmsilçisi səfərdə Xorvatiyanın “Mladost Zaqreb” klubu ilə qarşılaşıb.

Görüş komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, ilk oyunda da rəqibini 3:0 hesabı ilə məğlub edən “Turan” iki görüşün nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.

Azərbaycan təmsilçisi növbəti mərhələdə Bolqarıstanın “Maritsa Plovdiv” komandası ilə qarşılaşacaq.