Avqustun 8-də "Əməkdar məşqçi”, "Əməkdar bədən tərbiyəsi və idman xadimi”, "Şöhrət” ordenli mütəxəssis Əhməddin Rəcəblinin 80 illik yubiley mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək yubilyarı təbrik edib, ona idmanın inkişafındakı xidmətlərinə görə təşəkkür ediblər.
Ardınca sambo və cüdo idman növlərinin inkişafında misilsiz xidmətləri olan Əhməddin Rəcəblinin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Yubilyar çıxış edərək idman karyerasından qısa xatirələrini bölüşüb, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonra İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftahətdinova, Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Rəsul Tağıyev, Azərbaycan İdman Akademiyasının rektorunun müavini, Olimpiya çempionu Fərid Mansurov, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, eləcə də idman veteranları çıxış edərək Əhməddin Rəcəblini təmsil etdikləri qurumlar adından təbrik ediblər.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib