
Misli Premyer Liqasının XXXIII turunun "Araz-Naxçıvan" - "Sabah" matçından (1:1) sonra ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:
“Maraqlı oyun alındı. Hər iki komanda oyunun dinamikasını artırmağa çalışırdı. Yaxşı rəqibə qarşı oynadıq. Komandam öz oyun stilindən əl çəkmək istəmirdi. Yaxşı hücumlar qururduq. Sadəcə olaraq son nöqtəni qoymaqda çətinlik çəkirdik. Mövsümün sonudur. İnanıram ki, komandam qarşıdakı matçlarda daha inamlı və əzmkar olaraq öz istəyinə çatacaq".
- Dünən "Turan Tovuz"un xal itirdiyini nəzərə alsaq, bugünkü 1 xalı qazanc saymaq olar?
- Rəqibin oyununa baxıb xoşbəxtlik axtarmaq fikrində deyiləm. Məni daha çox öz komandam düşündürür. Hər şeyi öz hesabımıza alındırmağa çalışacağıq.
- Hakim idarəçiliyi ilə bağlı fikriniz necədir?
- İstədiyim odur ki, oyunun tempi aşağı düşməsin. Hakimlər tempi düşürməsinlər.