Misli Premyer Liqasının IV turunda "Kəpəz" - "Araz-Naxçıvan"ı məğlub edib - 0:2.
Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. O, jurnalistlərin suallarını cavablandırıb:
"Ağır oyun alındı. Belə olacağını təxmin edirdik. “Kəpəz” sonuncu yerdə olsa da, keyfiyyətli, təhlükəli oyunçuları var. Komanda olaraq yaxşı iş ortaya qoya bildik. Amma daha da yaxşı olmalıyıq. Yolumuza davam edəcəyik".
- Komandanın hücum potensialından razı qaldız?
- Sərəncamımda olan futbolçuların hamısı keyfiyyətlidir. Rəqibin müdafiəsini də nəzərə almaq lazımdır. Hücum oyunçularımız bu gün yaxşı idilər. Öz üzərlərinə düşənləri etməyə çalışdılar.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB