“Göstərilən etimada görə təşəkkür edirəm".
Apasport.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Elvin Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Məmmədov təyinatı ilə bağlı bunları söyləyib:
"Çox çətin bir yükün altına girdiyimi yaxşı dərk edirəm. Amma inamım böyükdür, bu komanda, mübariz kollektivimiz və futbolçularımızla çox şeyi bacaracağımıza inanıram. Reallıq budur ki, sonuncu pillədəyik, xal fərqimiz də az deyil. Amma biz bir ailəyik, bu çətin durumdan birlikdə çıxmalıyıq və inanıram ki, buna nail ola biləcəyik. Qarşıdakı 9 oyunun hamısı bizim üçün finala bərabər olacaq. Ümidliyik, bacaracağımıza inanırıq, zamanla nəticələr qazanıb bu durumdan çıxacağıq”.
Qeyd edək ki, Elvin Məmmədov "Səbail"in baş məşqçisi vəzifəsində Cavid Hüseynovu əvəzləyib.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB